EN

Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı

“Gürcü arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu” partiyasının üzvü Tea Tsulukiani deyib.

O qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək.

Chosen
2
34
publika.az

10Sources