EN

"Azprotein Foods Group" işçilər axtarır - MAAŞ 600-800-1500-1800 MANAT - VAKANSİYALAR

Azprotein Foods Group

Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə inspektor

Son tarix 01 mar 2025 - [email protected]

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
  • Təcrübə 1-2 il
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • MS Office proqramları (Word,  Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi, 
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
  • Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək, 
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
  • AQTA ilə bağlı müvafiq sənədləşmələri icra etmək,
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
  • Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək. 

İş şəraiti:

  • Əmək haqqı: 600 - 800 manat (təcrübəyə əsasən təyin olunacaq).
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

 Son tarix 01 mar 2025 - [email protected]

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi və ya oxşar sahə üzrə
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 5 - 8 illik iş təcrübəsinin olması
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • MS Office proqramları (Word,  Excel, Outlook), 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi, 
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
  • Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək, 
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
  • Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

İş şəraiti:

  • Əmək haqqı: 1500 - 1800 manat.
  • İş qrafiki: 6 günlük
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Chosen
6
fed.az

1Sources