EN

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA

CAMAL LTD

Bölgə müdiri

Son tarix 01 mar 2025 - [email protected]

Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9

Tələblər:

  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
  • İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
  • Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
  • Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
  • Yaş həddi 30-45 yaş arası.
  • Şəxsi avtomobilin olması üstünlükdür.
  • 1C (8.3) istifadə bacarığı
  • Rus dili biliyinin olması öncəlikdir.

Vəzifələri:

  • Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
  • Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
  • Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
  • Satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması;

Əlavə məlumat:

  • Əmək haqqı; 1800 - 2000 AZN
  • Korporativ nömrə ilə təminat

Əlaqə məlumatları:

  • İnsan Resursları Şöbəsi
  • Tel: (012) 310 10 40 (daxili 227)
  • Mob: (+994) 55 900 32 07

Maraqlanan namizədlərdən mövzu sətrində “Bölgə müdiri” qeyd etməklə CV-ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Chosen
11
1
fed.az

10Sources