EN

Salyanda ağıq qəza - 4 nəfər öldü

Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

"Mercedes" markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.

Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. /APA

Milli.Az

Chosen
7
16
milli.az

10Sources