EN

Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

Salyanda minik maşını kanala aşaıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra kanala aşıb.

Dayıkənd kənd sakinləri 1993-cü il təvəllüdlü İsmayılzadə Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən  Salyan rayon icra hakimiyyətinin təlimatçısı olan 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.

Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.

Əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
6
heftelik.az

1Sources