Bütün dairələrdə seçkilər normal keçib.
“Report” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı brifinqdə deyib.
O bildirib ki, ümumiyyətlə MSK-ya heç bir şikayət daxil edilməyib:
"Protokolları daxil olmuş 4 872 seçki məntəqəsi üzrə 1 589 187 nəfər səs verib. 1 580 532 bülleten sayılıb”.
M.Pənahov qeyd edib ki, 118 seçki dairəsi üzrə 5 846 seçki məntəqəsinin 4 872-si artıq hesabat verib.
Onun sözlərinə görə, lider namizədlərin sayı 7 791 nəfərdir: "685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir".
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.