Belarusda, Mogilyov sakini “ay.by” auksion vasitəsilə 2009-cu ildə buraxılmış qüsurlu 20 qəpiklik sikkəni satışa çıxarıb. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, lotun başlanğıc qiyməti 480 rubl təşkil edir.
Qeyd edək ki, sikkə qüsurlu olduğu üçün bu pulla harasa ödəniş etmək mümkün deyil - o, dalğavari şəkildə əyilmiş və səthində sıxılma əlamətləri var.
Satıcı qeyd edir ki, belə bir sikkə zərbxanada "ləğv edilib".
O, həmçinin əmin edir ki, oxşar nüsxələrin sayı 10-dan çox deyil və hamısı da şəxsi kolleksiyalardadır.
Kişi bu sikkə üçün elə də çox yox, cəmi 480 rubl istəyir. Onun da qeyd edək ki, bu pula Belarusda...bazarlıq etmək olar.!?
Satış hərracının yanvarın 31-də bağlanması planlaşdırılır.
Nazlı Almuradova