EN

Əcnəbi investorlar Məkkə və Mədinəyə gələcəklər

Əcnəbi

Səudiyyə Ərəbistanı ilk dəfə əcnəbilərə Məkkə və Mədinədə mülk almağa icazə verib.

Reyting.az
bildirir ki, bu barədə "Office Life" saytı məlumat yayıb.

Səudiyyə Ərəbistanı hökuməti əcnəbilərə müsəlmanların müqəddəs şəhərləri olan Məkkədə və Mədinədə daşınmaz əmlaka investisiya qoymağa icazə verib. Lakin investorlar üçün bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Bununla bağlı hələlik geniş təfərrüatları açıqlamayan Səudiyyə Ərəbistanının Kapital Bazarları İdarəsi məlumatı təsdiqləyib.

Ancaq təhlükəli məqam ondadır ki, qərar qəbul edilsə də, əcnəbilərə bu şəhərlərdə yalnız daşınmaz əmlaka sahib olan dövlət şirkətlərinə pul yatırmaq hüququ verilib. Həmin şirkətlərdə isə xarici kapitalın ümumi payı 49 faizdən çox olmamalıdır. Bu da o anlama gəlir ki, investor yatırım etdiyi şirkətin üzərində nəzarət əldə edə bilməyəcək. Bundan əlavə, əcnəbilərin yalnız səhmlərə və digər qiymətli kağız növlərinə investisiya yatırmaq imkanı olacaq.

Bildirilir ki, Məkkədə olduğu kimi Mədinə şəhərində də daşınmaz əmlaka investisiyalar yüksək gəlirli hesab edilir, çünki bu yerlər həm də müsəlmanların kütləvi ziyarət yerləridir. Məlumata görə, 2019-cu ildə həmin müqəddəs məkanları təxminən 7,5 milyona yaxın insan ziyarət edib və bu ziyarətlər ölkə iqtisadiyyatına 12 milyard dollardan çox gəlir gətirib.

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarı hazırda yüksəliş mərhələsindədir. Dünyanın ən yaxşı 7 meqalayihəsindən üçünün tikintisi məhz bu ölkədə aparılır ki, onlardan biri də elə Məkkədə yerləşən nəhəng oteldir.

Oqtay QORÇU
Chosen
11
reyting.az

1Sources