“Qalatasaray” mərakeşli oyunçu Hakim Ziyeşlə yollarını ayırıb.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Ziyeş 2023-cü ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, “sarı-qırmızılılar”ın heyətində 34 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.