Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.
Paytaxt.org məlumat verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb. Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində mühüm vəzifədə işləyirdi.
Faktla bağlı araşdırma aparılır. (Report)