![Azərbaycan](https://ulusum.az/uploads/posts/2025-01/a093c5a766_f95915ac-0e58-39a6-a482-4aa4abd80fb9_850.webp)
Azərbaycanın Amsterdamdakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim edib."Ulusum".az “Report”-a istinadən xəbər verir ki, bu barədə diplomat “X”dəki səhifəsində məlumat yayıb.“Mən Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandera etimadnaməmi təqdim etmək şərəfinə nail oldum”,- deyə səfir M.Əhmədzadə yazıb.O, həmçinin monarxla Azərbaycan və Niderland arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini, regional inkişaf məsələlərini müzakirə etdiyini vurğulayıb.Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Amsterdama səfir təyin edilib.
Diqqət Çəkənlər
Araşdırma: Oleanol turşusu kimyaterapiyanın effektivliyini artırır
Trampın portretinin Maqma Memorialına əlavə edilməsi təklif olunub
Tramp və Vindzor ailəsi arasındakı münasibətlərin gələcəyi necə olacaq?