EN

Ermənipərəstin acı sonluğu - məhkəmə zalında ağlasa da 11 il həbs cəzası aldı

Image

Ermənipərəst keçmiş amerikalı senator Bob Menendesə hökm oxunub. Korrupsiya və rüşvətxorluqda ittiham olunaraq ona 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib. Hökmdən əvvəl keçmiş senator ağlayaraq ailəsindən başqa onun üçün dəyərli olan hər şeyi itirdiyini bildirib.

Hökmü ABŞ-ın Manhetten dairə hakimi Sidni Ştayn elan edib.Keçmiş senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışmaqda ittiham edilir. İttiham aktına əsasən, Menendes və erməniəsilli həyat yoldaşı Nadine Menendes bunun müqabilində qızıl külçələr, yüzminlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb.

Mətləb






Chosen
3
6
baki-xeber.com

10Sources