EN

Qohumunun xatirəsini yad etmək istədi, BİLƏYİNDƏN OLDU

Rusiyada qohumunun xatirəsini qeyri-adi üsulla, aldığı fişənglə yad etmək istəyən 40 yaşlı kişinin biləkləri qopub.

News24.az medianews.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə yanvarın 28-də baş verib.

O, arvadının bacısının mərhum ərini yadd etmək məqsədilə keçirilən məclisdə iştirak edib. Məclisdə olanların hamısı içki içib və kişi öz qohumun xatirəsini qeyri-adi bir şəkildə – bazardan aldığı fişəngi yandıraraq yad etmək qərarına gəlib.

Fişəng onun əlində partlayıb. İlkin məlumata görə, zərərçəkən fişəng yandırsa da, onu atmağa vaxt tapmayıb.

Kişi təcili əməliyyat olunub. Lakin həkimlər biləklərinin yalnız birini bərpa edə bildilər.

Xəstənin vəziyyəti ağırdır.


Chosen
4
1
news24.az

2Sources