EN

Amerikada kursantlara ABŞ ordusunun gücü barədə danışılacaq

Müdafiə hazırlığı keçilən Amerikanın bütün təhsili müəssisələrinə “ABŞ üstünlüyü” ideyasını təbliğ etmək tapşırılacaq.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset öz memorandumunda bildirib.

“ABŞ Silahlı Qüvvələrinin zabitlərinin və digər hərbi akademik institutların təhsili və təlimi üzrə federal akademiyalar öyrətməlidir ki, Amerika və onun təsis sənədləri bəşər tarixində ən güclü qüvvə olaraq qalır”, - RİA Novosti Pentaqonun ali rəhbərliyi üçün memorandumdan sitat gətirib.

Bundan əlavə, sənəddə qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi daxilində xüsusi qrup “müxtəliflik, bərabərlik və inklüzivlik” (DEI) adlandırılan siyasətin ləğvi və silahlı qüvvələrdə gender radikalizminin aradan qaldırılması ilə bağlı məsələləri həll edəcək. Vurğulanır ki, vəzifələrə təyinatlar cins, milliyyət kimi kənar amillər nəzərə alınmadan fərdi ləyaqət və zəhmət əsasında aparılmalıdır.

Martın 1-ə qədər işçi qrupu Pentaqonun DEI təşəbbüslərinə son qoymaq üçün gördüyü işlər haqqında ilk hesabatını təqdim etməlidir. Yekun hesabat iyunun 1-dən gec olmayaraq gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
3
21
herbiand.az

10Sources