Fransa İranın “AirTour” aviaşirkətinin yanvarın 31-nə Parisə planlaşdırılan reysinin həyata keçirilməsinə verilmiş icazəni heç bir səbəb göstərmədən ləğv edib.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Seyid Razi Musəvi məlumat verib.
“Fransanın aviasiya tənzimləyicisi absurd şəkildə və heç bir səbəb göstərmədən “AirTour”un Parisə planlaşdırılan reysini ləğv edib”, – o, ILNA agentliyinə müsahibəsində bildirib.