İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.
Bu barədə Sonxeber.az-a Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş "ƏLİF HACIYEV" elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "QRADUŞİY" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.