EN

Cənubi Qafqazda gərginliyi onlar qızışdırır – KTMT

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər və sülh müqaviləsinin bağlanmasına hazırlıq Cənubi Qafqazda sabitliyin təmin olunması üçün əsas məsələlərdəndir.

Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov mətbuat konfransında deyib.

“Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Amma hazırda onun həlli prosesi davam edir, mərkəzi aspekti isə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləridir”, - o bildirib.

Serdyukov qeyd edib ki, regionda gərginlik Qərb dövlətlərinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdləri ilə daha da qızışır.

Chosen
1
7
axar.az

9Sources