EN

Bu qidalar dişləri çürüdür - EHTİYATLI OLUN!

Dişlərimizin sağlam qalması üçün təkcə diş fırçalamaq kifayət etmir. Gündəlik yediyimiz və içdiyimiz qidalar dişlərimizə ciddi təsir göstərir. Bəzi qidalar diş minasını zəiflədərək çürük əmələ gəlməsinə səbəb ola bilər.  Yenisabah.az dişlərə zərər verən qidaları və onlardan qorunma yollarını təqdim edir: Qazlı içkilər və enerji içkiləri

 “Kola”, “Fanta” kimi qazlı içkilər təkcə şəkər deyil, həm də turşu tərkiblidir. Bu içkilər diş minasını incəldir və çürüməyə səbəb olur. 
Turşulu meyvələr və şirələr 
 Portağal, limon, qreypfrut kimi turşulu meyvələr və onların şirələri diş minasını aşındıra bilər. Xüsusilə, bu içkiləri tez-tez və uzun müddət içmək dişlərə daha çox zərər verir.  
Çipslər və ağ un məmulatları
 Kartof çipsləri, ağ çörək və makaron kimi qidalar ağızda nişastaya çevrilərək şəkər kimi təsir edir. Bu da bakteriyaların çoxalmasına və çürük yaranmasına səbəb olur.  
Alkoqollu içkilər
 Alkoqol ağız suyunun miqdarını azaldır və ağızın qurumasına səbəb olur. Ağız suyu dişləri qorumaq üçün vacibdir, çünki turşuları neytrallaşdırır və dişləri yuyur.  
Tünd rəngli qəhvə və çay
 Çox istifadə edildikdə dişlərdə ləkələr yaradır və zamanla diş minasını zəiflədə bilər. Şəkərli içildikdə isə daha zərərli olur.  
Dişlərimizi bu qidalardan necə qoruyaq?  
Şəkərli və turşulu qidalardan sonra ağzı yuyun
   Şəkərli və turşulu qidaları yedikdən sonra ağızı su ilə yaxalamaq və ya şəkərsiz saqqız çeynəmək ağızdakı turşunu neytrallaşdıra bilər. 
Dişləri gündə iki dəfə fırçalayın
Xüsusilə səhər və yatmazdan əvvəl florid tərkibli diş pastası ilə fırçalamaq diş minasını gücləndirir.
  Qazlı və şirin içkiləri azaldın və pipetlə için
 Bu içkiləri mümkün qədər az istifadə edin. Pipetlə içmək dişlərə birbaşa təmasını azaldır.  
Su içməyi unutmayın  
Su ağız suyunun istehsalını artırır və dişlərin təbii təmizlənməsinə kömək edir.  
Süd və süd məhsulları istifadə edin  
 Süd, pendir və qatıq kimi kalsium və fosforla zəngin qidalar diş minasını gücləndirir.  
Diş həkiminə mütəmadi getmək 
Hər altı aydan bir diş həkiminə gedərək yoxlanışdan keçmək çürümənin qarşısını almağa kömək edir.  
Dişlərimizi qorumaq üçün həm düzgün qidalanmalı, həm də mütəmadi ağız baxımına diqqət yetirməliyik. Sağlam qidalanmaq və diş baxımına önəm vermək, çürüklərin qarşısını almağın ən təsirli yoludur.
Chosen
3
2
yenilik.az

3Sources