EN

Ali Məhkəmə “bicbala” söhbətinə nöqtə qoydu

Ali Məhkəmədə məşhur həkim Öndər Tulumbacının kassasiya şikayətinə baxılıb.

"Cebheinfo.az"  Musavat.com-a istinadən xəbər verir ki, Öndər Tulumbacı tanınmış vəkil Əkrəm Həsənovu Cinayət Məcəlləsinin 147-ci – böhtan maddəsi ilə ittiham edən şikayətini Xətai rayon Məhkəməsinə vermişdi.

Öndər Tulumbacı Əkrəm Həsənovun Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda fikirlərini böhtan hesab edirdi.

Vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı. Həmin yazıdan sonra həkim Öndər Tulumbacı vəkili onu böhtan atmaqda ittiham etməklə məhkəməyə müraciət etmişdi.

Məhkəmə prosesləri getdiyi zaman Əkrəm Həsənov Öndər Tulumbacını ittiham etməyə hazırlaşdığını demişdi. Bildirmişdi ki, Cinayət Məcəlləsində cinayət barəsində yalandan xəbərçilik maddəsi var. Yəni şəxs bilə-bilə yalan məlumat verirsə, yalandan olaraq cinayətdə ittiham edirsə, buna görə məsuliyyət nəzərdə tutulur. Vəkil qeyd etmişdi ki, Öndər Tulumbacının şikayətində birbaşa böhtan var.

Xətai rayon Məhkəməsi Öndər Tulumbacının xüsusi ittiham qaydasında verdiyi şikayətini təmin etməmişdi. Bakı Apellyaysia Məhkəməsi də şikayəti əsassız saymışdı. Ali Məhkəmə də aşağı məhkəmə instansiyaların iş üzrə qərarlarını qüvvədə saxlayaraq Öndər Tulumbacının kassasiya şikayətini təmin etməyib.

"Cebheinfo.az" 

Chosen
6
cebheinfo.az

1Sources