EN

“Elektron su” portalı vasitəsilə bütün gecikmələrə son qoyulacaq - FOTO

“Su şəbəkəsinə və tullantı suların idarə edilməsi şəbəkələrinə qoşulmanın daha şəffaf və operativ təmin edilməsi ilə bağlı Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən 2022-2023 və 2023-2024-cü illər üzrə Yol xəritələri təsdiqlənib”.
 
Moderator.az-ın xəbərinə görə, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında bildirib.
 
O qeyd edib ki, bu xəritə ilə yeni imkanların tətbiqi, optimallaşmanın aparılması və bütün proseslərin elektronlaşdırılması ilə bağlı ictimaiyyətin məlumatlarılması tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub:
 
“ADSEA tərəfindən “Elektron su” portalı yaradılıb. Sistem vasitəsilə su və tullantı sularının idarəetmə sistemlərinə qoşulma tam  avtomatlaşdırılıb. Burada müraciət qəbulu həyata keçirilir, həmçinin dövlət qurumları ilə razılaşmalar buradan edilir. Əvvəl vətəndaş qurumlara ayrı-ayrı müraciət etməli idi, bu proses aylarla vaxt aparırdı,  lakin artıq bu proseslər sistem vasitəsilə həyata keçirilir. Rayon və şəhər icra hakimiyyətləri də portala qoşulublar”,- İ.Bayramov əlavə edib.
Chosen
7
moderator.az

1Sources