EN

Əkrəm Həsənov: “Kapital Bank”ı müştəri məmnuniyyəti maraqlandırmır...

Son zamanlar “Kapital Bank”ın fəaliyyətindən şikayətlər kifayət qədər artıb...

Bank üzrə ekspert: ““Kapital Bank”ın müştəri bazası çoxdur. Yəni onlar müştəriyə görə əziyyət çəkmir”.

“Böyük bankların rəhbərləri xərcləri maksimum azaldırlar. Buna görə də, belə problemlər çıxır. Yəni təhlükəsizlik sistemi yox, informasiya sistemi yox, kadrlar yox, idarəetmə pis, axırı da belə olur”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov “Kapital Bank”ın fəaliyyəti ilə bağlı artan şikayətləri Poliqon-a şərh şərh qeyd edib.

Son zamanlar “Kapital Bank”ın fəaliyyətindən şikayətlər kifayət qədər artıb. Xüsusən “Birbank” kartının və bu kartın verdiyi bəzi xidmətlərdən, o cümlədən ictima nəqliyyat ödənişləri ilə bağlı şikayətlər daha çoxdur. Bir neçə gün əvvəl isə “Birbank” sistemi tatmimilə çökdü. Həmçinin müştərilərin bankla əlaqə yaratmaq məsələsində də ciddi problemlər var. Artıq demək olar ki, ölkənin ən böyük bankına müştərilərdə etimadsızlıq formalaşmaqdır.

Bəs, “Kapital Bank”ın fəaliyyətində yaranan bu nöqsanlar və qeyri-peşəkarlıq nəylə bağlıdır?

Mövzunu Poliqon-un əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Bankın rəhbərliyi banka əlavə vəsait qoymaq, onun təhlükəsizliyini təmin etmək, müştəri məmnuniyyətini təmin etmək, yaxşı kadrlar cəlb etmək, onlara yaxşı maaş verməkdə maraqlı deyil”.

Böyük bank rəhbərlərinin ilin nəticəsində yaxşı maliyyə nəticələrinin olmasına çalışdıqlarını vurğulanyan ekspert Poliqon-a bildirib ki, bu zaman onların mükafatı daha yüksək olur:

“Bu əsasən onunla bağlıdır ki, “Kapital Bank” böyük bankdır və əsasən inzibati resurslara söykənir. “Kapital Bank”ın müştəri bazası da çoxdur. Yəni onlar müştəriyə görə əziyyət çəkmir. Buna görə də, müştəri məmnuniyyəti onları maraqlandırmır. Bu vəziyyət böyük bankların hamısında eynidir.

“Kapital Bank”ın rəhbərliyi çox yüksək maaş alır. Rəhbərlik ən azı 20-30 min maaş alır. İlin nəticələrinə görə də onlar əlavə çox yaxşı mükafat alırlar. Bu mükafat da 500 mindən 1 milyona qədərdir. Yəni bank nə qədər çox mənfəət götürürsə, onlar da o qədər yaxşı mükafat alır.

Buna görə də, bu bankın rəhbərliyi banka əlavə vəsait qoymaq, onun təhlükəsizliyini təmin etmək, müştəri məmnuniyyətini təmin etmək, yaxşı kadrlar cəlb etmək, onlara yaxşı maaş verməkdə maraqlı deyil. Əksinə deyirlər nə qədər az xərcimiz olsa, o qədər yaxşıdır ki, ilin nəticəsində yaxşı maliyyə nəticələri olsun. Çünki bu zaman onların mükafatı daha yüksək olur. Dediyim kimi, onların mükafatı bankın mənfəətinə bağlıdır.

Bu üzdən də böyük bankların rəhbərləri xərcləri maksimum azaldırlar. Buna görə də, belə problemlər çıxır. Yəni təhlükəsizlik sistemi yox, informasiya sistemi yox, kadrlar yox, idarəetmə pis, axırı da belə olur”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
5
poliqon.info

1Sources