"Fənərbağça"nın sabiq ulduzu Elif Elmasın yeni klubu bəlli oldu.
Offsideplus.az xəbər verir ki, "Torino" şimali makedoniyalı oyunçunu heyətinə qatdığını açıqlayıb.
Futbolçu "Leypziq"dən satınalma şərti ilə icarəyə götürülüb.
25 yaşlı Elif 2017-19-cu illərdə Türkiyə Super Liqasında çıxış edib və "sarı-lacivərtli" forma geyinib.
Qeyd edək ki, Elmas 2024/25 mövsümündə Bundesliqada cəmi iki oyuna çıxıb və 44 dəqiqə meydanda olub. Bu müddət ərzində fərqlənməyi bacarmayıb.