EN

Azərbaycan hərbçiləri “Qış təlimi- 2025” təlimlərində şərti düşmənin hədəflərini məhv ediblər

Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində yeni tapşırıqlar icra olunub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində şərti düşmənin olduğu əraziyə daxilolma tapşırıqları icra edilib. Həmçinin helikopterlərlə şərti düşmənin sığınacaqları dağıdılıb.

Bundan başqa, qışda kəskin hava şəraitində döyüş qabiliyyəti və imkanları yoxlanılıb.

Chosen
6
18
aznews.az

10Sources