"Leypziq" PSJ-dən icarəyə götürdüyü Xavi Simonsla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunun transfer hüququna yiələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" Simons üçün PSJ-yə 50 milyon avro təzminat ödəyib.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən icarəyə götürmüşdü.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Elif Elmas İtaliyaya qayıtdı: Bu dəfə "Napoli"yə yox
Nuri Şahinin yerinə o gəldi: "Borussiya"da məşqçi təyinatı
Qrizmanndan yeni rekord
Mourinyo İsmail Yükseki buraxmaq fikrində deyil
“Borussiya Dortmund”da Niko Kovaç səsləri