MSK-ya daxil olmuş müraciətlər dairə seçki komissiyalarına göndərildi
Mərkəzi Seçki Komissiyasının 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.
Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.