ABŞ-də sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasından sonra sağ qalanların olmadığı ehtimal edilir.
Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
“Fövqəladə hallar rəsmiləri Vaşinqton ərazisində “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin havada toqquşmasından sonra sağ qalanların olmadığını deyirlər”, - mediada qeyd olunub.
Xatırladaq ki, təyyarənin göyərtəsində 64 nəfər, helikopterdə isə 3 hərbçi olub.
Daha əvvəl “American Eagle Flight 5342” təyyarəsinin və hərbi helikopterin qalıqlarının tapıldığı Vaşinqtondakı Potomak çayından 30-dan çox meyitin çıxarıldığı bildirilmişdi.