EN

Avropa Mərkəzi Bankı faizləri endirdi

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirilən iclasında üç əsas faiz dərəcəsini 25 baza bəndi endirmək barədə qərar qəbul edib.

"Ölkə.az" xəbər verir ki, hazırda depozit dərəcəsi 2,75 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 2,9 faiz, marja krediti dərəcəsi isə 3,15 faiz təşkil edir.

QÉ™rar analitiklÉ™rin vÉ™ bazar iÅŸtirakçılarının gözlÉ™ntilÉ™ri ilÉ™ üst-üstÉ™ düşüb. TÉ™nzimlÉ™yici bildirir ki, inflyasiya dinamikası ECB-nin gözlÉ™ntilÉ™rinÉ™ “geniÅŸ ÅŸÉ™kildÉ™ uyÄŸundur vÉ™ bu il É™rzindÉ™ göstÉ™ricinin 2 faizlik ortamüddÉ™tli hÉ™dÉ™fÉ™ qayıtması gözlÉ™nilir".

Eyni zamanda Mərkəzi Bank rəhbərliyi qeyd edib ki, avrozonada inflyasiyanın yüksək səviyyədə qalması, əsasən, iqtisadiyyatın ayrı-ayrı sektorlarında qiymətlərin və əmək haqqının inflyasiyanın əvvəllər müşahidə edilmiş sıçrayışına uyğunlaşması üçün hələ də vaxta ehtiyacı var.

Eyni zamanda əmək haqqının artım tempi gözlənildiyi kimi daha mülayim xarakter alır: "Faiz dərəcələrinin aşağı salınması ev təsərrüfatları və şirkətlər üçün yeni borclanma xərclərini tədricən azaldır. Eyni zamanda maliyyə şərtləri sərt olaraq qalır, o cümlədən pul siyasəti məhdudlaşdırıcı olaraq qalır".

Xatırladaq ki, bir gün əvvəl ABŞ Federal Ehtiyatlar Sistemi ölkədə fazi dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib.(musavat.com)

Chosen
4
2
olke.az

3Sources