EN

Quba - Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - Yenilənib

Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub...

Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.

Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.

4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.

***

Quba Bakı yolunda minik avtomobilinin aşması bir neçə nəfərin xəsarət alması ilə nəticələnib...

APA-ya məlumat verən Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə Quba-Bakı yolunun şəhər istiqamətində 140-cı kilometrliyində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Kia Sportage” markalı minik avtomobili aşıb.

Nəticədə avtomobildə olan biri azyaşlı olmaqla 6 nəfərdən beşi xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Poliqon.info

Chosen
2
10
poliqon.info

10Sources