EN

"Sinteks Group of Companies" işçi axtarır - VAKANSİYA

Sinteks Group of Companies

Biznesin inkişafı üzrə Generalist

Son tarix 02 mar 2025 - [email protected]

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya və kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu ümumi inkişaf planı üzrə Biznesin inkişafı şöbəsinə dəstək verilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Layihənin icrası ilə bağlı inzibati məsələlərdə dəstək göstərir.
  • Tenderlərin, biznes görüşlərin, danışıqların aparılmasında dəstək göstərir.
  • Layihə təchizatçıları və töhfə verənlərin koordinasiyasında dəstək göstərir.
  • Müqavilə imzalanana qədər hüquqşünaslarla layihəni həyata keçirənlər arasında danışıqların aparılmasında dəstək göstərir.
  • Layihələrə nəzarət edir və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyada dəstək göstərir.
  • Bazar araşdırması və texniki-iqtisadi əsaslandırmalarda dəstək göstərir.

Professional Biliklər:

  • İngilis dili yüksək səviyyədə
  • MS Office proqramları 

Təhsil:

  • Biznes/İqtisadiyyat sahələri üzrə Ali təhsil
  • Satınalma/layihənin idarə edilməsi sahələrində sertifikatlar

İş təcrübəsi:

  • Biznesin inkişafı/satınalma/ layihənin idarə edilməsi sahəsində işləmiş və ya təcrübədə olmuş namizədlərə üstünlük verilir

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İşgüzar ünsiyyətin qurulması
  • Danışıqların aparması 
  • Vaxtın doğru idarə olunması
  • Aramdırma bacarıqları
  • Analitik bacarıqlar
  • Nəticə yönümlülük
  • Proaktiv düşünmə
  • Problemin həlli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin inkişafı üzrə Generalist” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Chosen
1
fed.az

1Sources