EN

Rusiya Baş Prokurorluğu deputatların müraciətindən sonra Çubaysla bağlı araşdırma aparacaq

Rusiya Baş Prokurorluğu deputatların müraciətindən sonra “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubays barəsində araşdırma aparacaq.

Qaziler.az bildirir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti-yə bildirib.

Çubaysın hazırda xaricdə yaşadığı məlum olub.

"Baş Prokurorluqdan cavab aldıq ki, məlumatımız qəbul edilib və araşdırma aparılır", - deyə o, bildirib.

Bundan əvvəl məlum olub ki, polis əməkdaşları “Rosnano” şirkətinin eks rəhbərinin keçmiş müavinlərini saxlayıblar. Onların vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilindiyi qeyd edilir.

QAZİLER.AZ

Chosen
32
1
qaziler.az

2Sources