AzerTunelSuTikinti
Prorab
Son tarix 02 mar 2025 - [email protected]
İş yeri- Azərbaycan Baki bölgələri
Tələblər:
- Yaş həddi: 35-60 yaş;
- Ali təhsil
- Qeyd olunan sahədə ən azı 5 (beş) il iş təcrübəsi;
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin, tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
- Məsuliyyətli, düzgün qərar qəbul etmək bacarığı və sahədə olan işçilərlə normal işçi münasibəti qurub, idarəetmə bacarığı göstərmək;
- Layihələrin eskiz və konstruktiv hissəsini düzgün oxuyub, nəticə çıxarmaq, nivelirdən istifadə etmək;
Öhdəliklər:
- Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini işçi layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti sahəsində ardıcıllığı qorumaqla, işlərin təşkilini yerinə yetirmək, artıq məsrəfə yol verməmək;
- Layihələrin eskiz və konstruktiv hissəsi ilə ətraflı tanış olub, büdcə nizamlamasına müsbət təsir edən təkliflər verməli.
Əlaqə nömrəsi:
- +994 50 235 51 30 Allahverən (Wp-nomrədə va)
- +994 70 235 51 30
Əmək haqqı – 1200 azn
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Prorab” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.