EN

Bakı və ətraf ərazilərdə avtomobil yolları üzrə görüləcək təcili tədbirlər məlum olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.

Proqramın Tədbirlər Planında göstərilir ki, avtomobil yolları üzrə üzrə görüləcək əksər işlər üzrə icra müddəti 2025−2030-ci illəri əhatə edəcəkdir. Lakin bir sıra işlərin daha qısa müddətdə - 2025−2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutular. Həmin tədbirlər aşağıdakılardır

1. Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi,

2. Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi,

3. 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması,

4. Xırdalan şəhərinin M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi

5. M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və I mədən küçəsinin kəsişməsində (“Xırdalan dairəsi”) yol ayrıcının təkmilləşdirilməsi,

6. Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi,

7. M-1 Bakı−Quba−Rusiya Federasiyası ilə dövlət sərhədi və M-2 Bakı−Ələt−Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi üzrə müayinənin (auditin) keçirilməsi.

 

Chosen
10
50
marja.az

10Sources