EN

İraq sutkalıq neft hasilatını artıracaq

İraqın neft rəsmiləri açıqlayıb ki, İraqın Fransanın “TotalEnergies” şirkətinə və digər iri xarici şirkətlərə son aylarda verdiyi layihələr beş il ərzində onun neft hasilatı imkanlarını sutkada 7 milyon barrelə çatdıracaq.

Neft Nazirliyinin müşaviri Əli Maaric bildirib ki, əksəriyyəti Çin firmaları ilə bağlanmış müqavilələr OPEC üzvü olab İraqın neft və qaz hasilatının inkişafına və qazın yandırılmasını sıfıra endirməyə yönəlib.

“Beş il ərzində İraqın neft hasilat gücü təqribən 7 milyon barelə çatacaq. İraq bu cür məhsulların idxalını tamamilə dayandırmaq üçün neft məhsulları istehsalını genişləndirməyə çalışır”, -deyə o, çərşənbə axşamı Bağdadda keçirilən enerji konfransında deyib.

Xatırladaq ki, OPEC-in Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük istehsalçısı olan İraq son bir il ərzində gündəlik orta hesabla 4 milyon barel neft hasil edib ki, bu da 4,5 bareldən çox olan hasilat gücündən aşağıdır.

Nubar Süleymanova, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources