EN

Tbilisi prospektinin Həsən Əliyev ilə kəsişməsində yol qovşağı tikiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.

Proqramın Tədbirlər Planında göstərilir ki, görüləcək tədbirlərdən biri də Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yol qovşağının texniki əsaslandırmasının hazırlanması və tikintisidir.

İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).

Chosen
21
3
marja.az

10Sources