EN

Lavrov: Qərb BTM nizamnaməsinə hörmət etmir

Qərb heç vaxt BMT-nin dövlətlərin suveren bərabərliyi barədə nizamnamə prinsiplərinə hörmət etməyib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib.

Lavrov bildirib ki, Birləşmiş Ştatlar Trampın dövründə də bu prinsipləri görməzdən gəlir.

Nazir deyib: "İkinci Dünya müharibəsindən, BMT-nin yaradılmasından sonra ortaya çıxan heç bir konfliktdə, heç bir beynəlxalq situasiyada ABŞ və müttəfiqləri heç vaxt nizamnamənin əsas prinsiplərini rəhbər tutmayıblar".

Lavrov xatırladıb ki, nizamnaməyə əsasən, BMT dövlətlərin suveren bərabərliyi prinsipinə dayanır. Qərb heç vaxt bu prinsipə hörmət etməyib. Onun sözlərinə görə, Tramp adminstrasiyаsı hakimiyyətə gələndən "liberal dünya düzənindən" imtina edib. Eyni zamanda Birləşmiş Ştatların yeni hökuməti "xaosdan" "Amerika hər şeydən əzəldir" prinsipi lə "yeni düzən yaradacağını" bəyan edib.

Nazir qeyd edib ki, eyni zamanda dünyanın "BMT mərkəzli" sisteminin həyat qabiliyyətinə təkcə qərbdə yox, elə Rusiyada da inanmırlar.


Müəllif: Teleqraf.com
Chosen
10
teleqraf.com

1Sources