EN

Avropa Liqasında 1/8 finala və pley-offa yüksələnlər - Siyahı

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Avropa Liqasında (AL) 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinə yekun vuruldu.

Arena.az xəbər verir ki, baş tutan 18 qarşılaşmadan sonra 1/8 final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşdilər.

İlk 8 pilləni tutan bu komandalar birbaşa Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanıblar:

“Latsio” (İtaliya)
“Atletik” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Tottenhem” (İngiltərə)
“Ayntraxt” (Almaniya)
“Olimpik” (Lion, Fransa)
“Olimpiakos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya).

Liqa mərhələsinin yekun turnir cədvəlində 9-24-cü pillələri tutmuş bu 16 komanda isə 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində iştirak hüququ əldə edib:

“Bodo Qlimt” (Norveç)
“Anderlext” (Belçika)
“Styaua” (Rumıniya)
“Ayaks” (Niderland)
“Real Sosyedad” (İspaniya)
“Qalatasaray” (Türkiyə)
“Roma” (İtaliya)
“Viktoriya” (Plzen, Çexiya)
“Ferentsvaroş” (Macarıstan)
“Portu” (Portuqaliya)
“Alkmar” (Niderland)
“Midtyulland” (Danimarka)
“Yunion” (Belçika)
PAOK (Yunanıstan)
“Tvente” (Niderland)
“Fənərbaxça” (Türkiyə).

Son 12 pillədə yer almış bu komandalar isə Avropa Liqası ilə vidalaşıblar:

“Braqa” (Portuqaliya)
“Elfsborq” (İsveç)
“Hoffenhaym” (Almaniya)
“Beşiktaş” (Türkiyə)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Slaviya” (Praqa, Çexiya)
“Malmö” (İsveç)
RFS (Latviya)
“Ludoqorets” (Bolqarıstan)
“Dinamo” (Kiyev, Ukrayna)
“Nitsa” (Fransa)
“Qarabağ” (Azərbaycan).

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri fevralın 13-də keçiriləcək. Cavab qarşılaşmaları isə həmin ayın 20-də baş tutacaq. 1/8 final mərhələsinin görüşləri isə 6 mart və 13 marta təsadüf edəcək. 1/4 finalın ilk oyunları 10 apreldə, cavab görüşləri 17 apreldə baş tutacaq.

Yarımfinalın ilk qarşılaşmaları mayın 1-də, cavab matçları ayın 8-də keçiriləcək. Cari mövsümün qalibi isə mayın 21-də İspaniyanın Bilbao şəhərində baş tutacaq final görüşündə müəyyənləşəcək.

Chosen
5
19
arena.az

10Sources