Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi prosesinə kömək göstərməyə hazırdır.
Editor.az bildirir ki, bunu Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili deyib.
“Gürcüstan regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əsl vasitəçi olmaq istəyir. Və şübhəsiz ki, biz qonşu ölkələrimiz arasında gedən sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bildirəcəyik”, – Maka Boçorişvili qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze bu yaxınlarda Bakıya səfəri zamanı Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təklif etmişdi. Onun sözlərinə görə, bunun sayəsində region ölkələri bütün problemlərin öhdəsindən gələ biləcək.
//Samir Qurbanov, Editor.az