EN

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək və buna müvafiq təkliflər hazırlanacaq.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, yekunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq etməlidir.

Chosen
3
1
azedu.az

2Sources