“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç İngiltərəyə investisiyalar üçün təxminən 1 milyard funt-sterlinq vergi ödəyib.
Publika.az xəbər verir ki, bu barədə BBC sızan sənədləri öyrəndikdən sonra məlumat verib.
Sızdırılan sənədlər göstərir ki, Roman Abramoviç Britaniyanın Vircin adalarında yerləşən “Keygrove Holdings Ltd” vasitəsilə 1990-cı illərin sonu və 2020-ci illərin əvvəlləri arasında Qərb hedcinq fondlarına təxminən 6 milyard dollar sərmayə qoyub. Bu investisiyalar ona təxminən 3,8 milyard dollar gəlir gətirib.
Bu sxemdə əsas rolu Britaniyanın Vircin adalarından olan şirkətlər adından investisiyaları idarə edən “Çelsi”nin keçmiş direktoru Yevgeni Svidler oynayıb. Böyük Britaniyada yaşayan və Britaniya vətəndaşlığına malik olan Şvidler geniş səlahiyyətlər alıb. Şirkətlər Böyük Britaniyada bir şəxs tərəfindən idarə olunduğu üçün qazancdan sanki Böyük Britaniya şirkəti kimi vergi tutulub.