"İki dəfə ölümdən dönmüşəm". Pravda.az ATV-yə istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə verilişlərin birində deyib.
O, etdirdiyi estetik əməliyyat zamanı keçirdiyi ölüm təhlükəsindən danışıb:
"Üzümə plastik əməliyyat etdirən zaman vurulan antibiotikdən 40 dəqiqəyə yaxın koma vəziyyətində olmuşam, məni oyada bilməyiblər. Əməliyyatlarım çox ağır olub və bir ay çətinlik çəkmişəm", - o bildirib.
Tarix: 31 Yanvar 2025, 07:11