Bakı, 31 yanvar, AZƏRTAC
İsmayllı rayonu ərazisində 3 maqnitudalı zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yeraltı təkanlar İsmayıllı stansiyasından 22 km şimalda, yerli vaxtla 05:18-də qeydə alınıb və 9 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.