Fələstin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib. Qrupun nümayəndəsi Əbu Ubeydə müvafiq bəyanatla çıxış edib.
“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, o deyib. HƏMAS-ın rəsmi Telegram kanalında Əbu Ubeydənin videomüraciəti yayımlanıb.
Qrupun sözçüsü də əl-Deyfin müavini Mərvan İsanın ölümünü təsdiqləyib.
Mohammed al-Deif 2002-ci ildə İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edib və İsraildə ən çox axtarılan Həmas yaraqlılarından biri hesab olunurdu. Qrupun əksər hücumlarını və əməliyyatlarını planlaşdırsa da, çox məxfi idarəçilik tərzinə malik idi. O, ictimai çıxışlardan qaçır, media ilə danışmırdı və tez-tez səs yazıları vasitəsilə əmrlər verirdi. Ötən il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçılarından biri kimi əl-Deyfin həbsinə order verib. O, qətl, işgəncə, zorlama, qəddarlıq, məhv etmə və girov götürmədə ittiham olunurdu.
Əziz Mustafa, Oxuməni.az