ABŞ hökuməti bəzi federal məmurlara könüllü istefa etmələri qarşılığında 8 aylıq maaş məbləğində kompensasiya təklif edib.
“Aaxios” portalının məlumatına görə, bu təklif pandemiya dövründə məsafədən işləyib sonradan ofisə qaytarılan işçilərə ünvanlanıb. 6 fevraladək istefa edənlər sentyabradək tam maaşlarını ala biləcəklər.
Proqnozlara əsasən, təklifi 5-10% işçi qəbul edə bilər ki, bu da yüz minlərlə istefa deməkdir. Təklif poçt işçiləri və hərbçiləri əhatə etmir.(musavat.com)