Demokrat.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
“Eyüpsultanda bir evdə eyni ailədən 4 nəfərin meyiti aşkarlanıb”, – agentlik bildirib. Qeyd olunub ki, onların odlu silahdan açılmış atəş nəticəsində öldüyü müəyyən edilib.
Bundan başqa, sözügedən ailədən bir nəfərin itkin düşdüyü də bəlli olub.
Faktla bağlı araşdırma aparılır.