EN

38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR

Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.


Referans.az Baku TV-yə istinadən bildirir ki, hadisə Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindəki binalardan birində qeydə alınıb.


Belə ki, 38 yaşlı Türkan Abdurəhimovanın dayısı tərəfindən öldürüldüyü bildirilir. İddialara görə, dayısı bacısının qızını əvvəlcə vəhşicəsinə döyüb, daha sonra isə onu qətlə yetirib.


"Pəncərədən baxıb gördüm ki, həyətdə kimsə yıxılıb. Bildim ki, belə bir hadisə olub. Bura təzə köçmüşdü, 2 uşağı var idi", - deyə mərhumun qonşusu bildirib.


Hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ətraflı süjetdə:



Chosen
8
14
referans.az

10Sources