EN

“Dolu çən” qanunu dayandı

İranda türkiyəli sürücülər üçün nəzərdə tutulan “dolu çən” qanununa qarşı rəsmi Ankaranın addım atması nəticəsində İranın Avropaya daşımalarının kəsilməsi səbəbindən Tehran sözügedən qanunu ləğv edib.

Bir müddət öncə Türkiyəyə səfər edən İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq türkiyəli sürücülər üçün nəzərdə tutulan qanunun ləğv edilməsinə toxunaraq deyib: “Türkiyə ilə apardığımız son danışıqlarda İran tərəfindən yanacaq vergiləri və rüsumları müvəqqəti olaraq dayandırılıb, eyni zamanda, müqavilələrə müvəqqəti Anlaşma Memorandumu daxil edilib. İki ölkə arasında nəqliyyat məsələlərinin həlli üçün bu danışıqlar yaxın üç ay ərzində bərpa olunacaq”.

Fərzanə Sadiqin sözlərinə görə, türkiyəli sürücülər üçün yanacaq çəninin tam dolu olması tələbi aradan qaldırılıb və bunun müqabilində Türkiyə tərəfi də iranlı sürücülərə ağır yanacaq vergisi tətbiq etməyi dayandırıb.

Chosen
4
vaxt.az

1Sources