EN

Baş nazir: Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bunu “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında bildirib.

Baş nazir deyib ki, belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub. Dövlət idarəçiliyinin rəqəmsallaşması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub”.

Chosen
1
2
apa.az

10Sources