Şimali Koreya qoşunları Kursk vilayətində cəbhə xəttindən geri çəkilib.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Ukrayna və ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya qoşunları ilə birlikdə Ukraynaya qarşı vuruşan Şimali Koreya hərbçiləri ağır itki verdikdən sonra cəbhə xəttindən geri çəkilib.
Qeyd olunub ki, iki həftəyə yaxındır ki, Şimali Koreya qoşunları cəbhədə görsənmir.
Daşqın HəsənovMissiya.Az