EN

“O müğənni imkanlı kişilərin masasına yaxınlaşıb...” - Tolik

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Xatirə İslamın doğum günündə onu əsəbiləşdirən qadın müğənnini efirdə biabır edib.

OLAY yazır ki, bu haqda Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb.

O bildirib ki, sözügedən məclisdə həmin ifaçı onunla salamlaşmasa da beş imkanlı kişinin oturduğu masaya bir neçə dəfə yaxınlaşaraq ünsiyyət qurub:

“Bir neçə gün əvvəl dostum Xatirə İslamın ad günü məclisində idim. Bir müğənni var. Mənim onun üzərində az da olsa əziyyətim var. O mənimlə görüşməyə gəlmədi. Sən müğənni ola bilərsən. Mən Tolik olanda sən müğənni deyil idin. Müğənnidən söhbət gedir, başqa adamdan deyil. Mənim yan masamda imkanlı kişilər oturmuşdu. O müğənni üç dəfə həmin kişinin yanına gedib, onunla oturub söhbət etdi. Fərqi yoxdur o kişi sənin dostundur, sinif yoldaşındır və sayra. Şəxsən mən o kişilərlə heç görüşmədim. Mən dostlarımla görüşdüm. O şəxsin imkanı varsa onun qabağına niyə qaçmalıyam? Belə çıxır ki, siz pullu adamın qabağına qaçırsınız. Deyə bilərsən ki, mənim səndən işim keçmir. Amma bizim hər birimizin işi bir-birimizdən keçir. Siz müğənnilərin məndən aparıcı kimi də olmasa da amma prodüser kimi işi keçir. Bu cür müğənnilərə görə bir çox müğənnilərin adına söz çıxır. Kənardan baxan da görür ki, bir masada 5 kişi oturub və o müğənni öz masasından qalxıb gedir onların masasına. Fakt budur ki, o kişilər şou-biznes sayəsindən deyillər”.

Chosen
1
1
olay.az

1Sources