
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli bəlli olub.
Reying.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar 27 və 28 fevralda baş tutacaq.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi
27 fevral (cümə axşamı)
16:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu
19:30. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
28 fevral (cümə)
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
19:30. “Neftçi” – “Kəpəz”
“Neftçi Arena”
Qeyd edək ki, bu raundun ilk matçları 4-5 fevralda olacaq.